Arda Turan: "Messiyə ötürmə vermək istərdim..."
"Atletiko"nun futbolçusu Arda Turan İspaniyanın "GQ" dərgisinə müsahibə verib.

O deyib ki, heç bir zaman Kriştiano Ronaldo və ya Lionel Messi kimi futbolçu ola bilməz:

"Həftəsonları digər ölkələrin liqalarını izləyirəm. Tənqidlər məni daha da gücləndirir. Yaxşı formada olmaq üçün çalışıram. Heç bir zaman Ronaldo və ya Messi ola bilmərəm, ancaq güclü komandanın önəmli oyunçusuna çevrilə bilərəm".

A.Turan onu da qeyd edib ki, Qvardiolanın 2008-2012-ci illərdə çalışdırdığı "Barselona"da oynamaq istəyərdi: "Messiyə ötürmə vermək pis olmazdı".

Xəbər 862 dəfə oxundu.