Keyruş daha dörd il İran millisində
İran millisinin baş məşqçisi Karluş Keyruş komandası ilə müqavilə yeniləyəcək.

Portuqaliyalı mütəxəssis 2018-ci ilin yayına qədər İran yığmasını çalışdıracaq.

İran Futbol Federasiyası "DÇ-2014"də uğursuz çıxışdan sonra istefa verdiyini açıqlayan 61 yaşlı mütəxəssisin getməsini istəməyib. Rəhbərlik növbəti dünya çempionatına qədər Keyruşa şans vermək niyyətindədir. Tərəflər arasında yeni müqavilə bazar günü imzalanacaq.

Qeyd edək ki, Keyruş DÇ-2014-ün F qrupunda Bosniya və Herseqovinaya 1:3 hesablı məğlubiyyətdən sonra istefa verdiyini açıqlamışdı. Səbəb kimi isə federasiyanın ona yeni təklif irəli sürməməsini göstərmişdi. Lakin federasiya təcrübəli mütəxəssislə işbirliyini davam etdirmək qərarına gəlib.

Xəbər 792 dəfə oxundu.