“Qarabağ” Reynaldo ilə müqaviləni uzatdı
“Qarabağ” hücumçusu Reynaldo Silva ilə müqavilənin müddətini uzadıb.

Braziliyalı futbolçuyla müqavilə daha iki il müddətinə uzadılıb.

Beləliklə, yeni müqaviləyə əsasən, təcrübəli oyunçu 2017-ci ilin iyun ayına qədər “Qarabağ”a məxsus olacaq.

Xatırladaq ki, Reynaldoya Avropanın bir sıra aparıcı klublarından təkliflər var.

Qeyd edək ki, Reynaldo ilə müqavilənin uzadılması haqda ilk xəbəri sportal.az saytı yayıb.

Xəbər 1012 dəfə oxundu.