"Liverpul"un yeni transfer hədəfi - Falkao
"Liverpul" klubu Luis Suaresin gedişindən sonra hücumçu axtarışlarını davam etdirir.

Liverpul təmsilçisi "Monako"nun forvardı Radamel Falkaoya "elçi" düşüb.

Kolumbiyalı futbolçunu icarəyə götürməyi planlaşdıran "Liverpul" artıq Fransa təmsilçisi ilə danışıqlara start verib. Lakin təcrübəli futbolçu ilə "Real" (Madrid) klubu da yaxından maraqlanır. "Kral klubu" Falkao üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Falkao ötən mövsüm keçirdiyi 21 oyunda 12 qola imza atıb.

Xəbər 969 dəfə oxundu.