İspaniya superkuboku: "Real" "Atletiko" ilə bərabərə qaldı | |
Bu gecə İspaniya superkubokunun ilk oyunu keçirilib. Fəxri mükafat uğrunda son Kral Kubokunun qalibi Madridin “Real” klubu ilə ölkə çempionu “Atletiko”(Madrid) üz-üzə gəlib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Komandalar arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Xatırladaq ki, “Atletiko” tarixi ərzində yalnız bir dəfə - 1985-ci ildə İspaniya superkubokunu qazanıb. "Real" isə buna qədər 9 dəfə bu mükafata sahib olub. 20 avqust İspaniya superkuboku, ilk oyun 02:00. "Real" (Madrid) - "Atletiko" (Madrid) - 1:1 Qollar: Rodrigez, 81 (1:0), Qarsia, 86 (1:1) |
|
Xəbər 831 dəfə oxundu. |
|
|