Dieqo Simeone: "Şanslar bərabərdir"
"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone İspaniya superkuboku çərçivəsində dünən baş tutan Madrid "Real"ı ilə oyun haqda danışıb.

Argentinalı mütəxəssis "AS" qəzetinə açıqlamasında şansların bərabər olduğunu bildirib:

"Heyətimizə uyğun taktika seçmişdik. Oyun da plan üzrə alındı. Ancaq Anxel di Mariyanın meydana çıxmasından oyun vəziyyət dəyişdi. Buna təəccüblənmədim. Çünki di Mariya "Real"ın ən yaxşı futbolçularından biridir. Yaxşı ki, matçın sonlarına doğru hesabı bərabərləşdirə bildik. Şansları 50-nin 50-yə görürəm. Cavab matçında hər şeyə aydınlıq gələcək".

Qeyd edək ki, "Real" - "Atletiko" oyunu 1:1 hesabı ilə başa çatıb. Bu komandalar arasında cavab matçı avqustun 23-də keçiriləcək.

Xəbər 844 dəfə oxundu.