Millimiz Özbəkistana qarşı
Futbol üzrə milli komandamız bu gün növbəti yoxlama oyununa çıxacaq.

Berti Foqtsun rəhbərlik etdiyi millimiz Özbəkistan yığması ilə qüvvəsini sınayacaq.

Avro-2016-nın seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan oyuna saat 21:00-da 8-ci kilometr qəsəbə stadionunda start veriləcək.

Xatırladaq ki, bu, millimizin bu il keçirdiyi üçüncü yoxlama oyunu olacaq. Buna qədər yığmamız Filippin üzərində qələbə qaznanıb (1:0), ABŞ-la görüşdə isə 0:2 hesabı ilə uduzub.


20 avqust

Yoldaşlıq görüşü

21:00. Azərbaycan – Özbəkistan
Hakimlər: George Vadaçkoria, Levan Varamişvili, Levan Todria (hamısı Gürcüstan), Ömər Paşayev (Azərbaycan)

Xəbər 849 dəfə oxundu.