Ronaldo yenə zədələndi
"Real"ın futbolçusu Kriştiano Ronaldo yenə zədələnib.

İspaniya Superkubokunda "Atletiko" ilə ilk matçın ikinci hissəsində portuqaliyalı hücumçu Xames Rodriqeslə əvəzlənib.

Oyundan sonra Ronaldonun son durumu haqda danışan K.Ançelotti deyib:

"Ronaldo ağrılarının olduğunu söylədi. O, tibbi müayinədəm keçəcək. Ronaldonun zədəsinin ciddi olmadığını düşünürük".

Xəbər 853 dəfə oxundu.