“Trabzonspor”da baş məşqçi ilə futbolçu arasında dava düşdü
"Trabzonspor"un baş məşqçisi Vahid Halilhodziçlə futbolçusu Florent Maluda arasında dava düşüb.

Avstriyada təlim-məşq toplanışı zamanı təcrübəli mütəxəsslə fransalı oyunçu əvvəlcə bir-birinə sərt ifadələr səsləndirib. Daha sonra isə bu mübahisə davaya çevirilib. Dava zamanı Maludanın köynəyi cırılıb. Digər futbolçuların müdaxiləsindən sonra hadisənin daha da böyüməsinin qarşısı alınıb.

Qeyd edək ki, heyətdən kənarlaşdırılan Maluda artıq klub rəhbərliyinə "Trabzonspor"dan ayrılmaq istədiyini bildirilib. V.Halilhodziç də oyunçunun satılmasına razılıq verib.

Xatırladaq ki, Maludanın bəyənməyən V.Halildoziç oyunçunu Avsriyadakı təlim-məşq toplanışına klubun prezidenti İbrahim Hacıosmanoğlunun israrından sonra aparıb.

Xəbər 844 dəfə oxundu.