“Bakı” liderliyini davam etdirir

Bu gün qadın voleybolçular arasında Super Liqada bir oyun keçirilib. İdman.com.az saytı xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil edilmiş görüşdə “Lokomotiv Biləcəri” ilə “Bakı” klubları üz-üzə gəliblər. Oyun gözlənildiyi kimi, “Bakı”nın asan qələbəsi ilə başa çatıb. Yeni mövsümdə hələ məğlubiyyət acısı yaşamayan komanda debütanta da gücünü göstərib. “Bakı” “Çelenc Cup” və Super Liqada daxil olmaqla, ardıcıl 8-ci qələbəsini qazanıb.

IV tur

“Lokomotiv Biləcəri” - “Bakı” - 0:3 (10:25; 19:25; 16:25)


O Q M S T X

1.«Bakı» 4 3 0 12-0 304:222 8
2.«Rabitə» 2 2 0 6-1 167:121 4
3.«Azərreyl» 1 1 0 3-1 94:78 2
4.«İqtisadçı» 3 1 2 4-7 240:266 2
5.«Lokomotiv» 2 1 1 3-3 138:112 2
6.«Lokomotiv Biləcəri» 3 0 3 0-9 125:225 0
7.«Azəryolservis» 3 0 3 2-9 220:264 0


Xəbər 952 dəfə oxundu.