Cüneyt Çakır niyə hakim oldu?
Türkiyənin dünyaca məşhur referisi Cüneyt Çakır hakimlik peşəsini seçməsinin səbəbini açıqlayıb.

Türkiyə mətbuatına danışan C.Çakır bu peşəni seçməsində valideynlərinin böyük rolu olduğunu bildirib:

"Futbolla yatıb, futbolla oyanırdım. 10 yaşından futbolun içində idim. Ancaq 17 yaşımda zədələndim və futbolla vidalaşmalı oldum. Bəlkə də, bu həyatımın ən çətin anlarından biri idi. Futbolu sevən və hakimliyə aşiq biri kimi böyüdüm. Hakimliyə gəlməyimdə atamın böyük rolu oldu. Onun sayəsində bir sıra gözəl və özəl insanları tanıdım. Anamı da yaddan çıxarmaq olmaz. Mən futbolçu olmağı, yoxsa hakimliyi seçməklə bağlı tərəddüd edərkən anam mənə "sən mütləq referi olmalısan" dedi. O, "mən səni dünya çempionatında görürəm" deməklə bu peşəni seçməyimə kömək oldu".

Qeyd edək ki, beynəlxalq arenada Türkiyəni layiqincə təmsil edən 37 yaşlı FİFA referisi bu il Braziliyada keçirilən dünya çempionatının da bir neçə oyununu idarə edib.

Xəbər 788 dəfə oxundu.