"Çelsi"nin Premyer Liqada ilk sınağı
Bu gecə İngiltərə Premyer Liqasında ilk tura yekun vurulacaq.

Son oyun günündə "Börnli" və "Çelsi" komandaları üz-üzə gələcək.

Ötən mövsümün üçüncüsü olan Joze Mourinyonun komandası bu görüşün əsas favoriti hesab olunur. Çempionşipi ikinci pillədə başa vurmaqla Premyer Liqaya vəsiqə qazanan "Börnli"nin "Çelsi"yə necə müqavimət göstərəcəyi maraq doğurur.

Qeyd edək ki, "Börnli" - "Çelsi" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


18 avuqts

İngiltərə Premyer Liqası, I tur

00:00. "Börnli" - "Çelsi"

Xəbər 892 dəfə oxundu.