Pirlo: "Konte istəsə, milliyə qayıdacam"
DÇ-2014-dən sonra millidəki karyerasını bitirdiyini açıqlayan Andrea Pirlo fikrindən daşınıb. Antonio Kontenin yığmaya gəlişindən sonra baş verib.

Təcrübəli futbolçu deyib ki, A.Konte onu İtaliya milliyə dəvət edəcəyi təqdirdə, bu təklifi müsbət cavablandıracaq:

"Millidəki karyeram başa çatmış ola bilər. Ancaq Konte məni milli komandaya dəvət etsə, məmnuniyyətlə qəbul edəcəm".

Qeyd edək ki, A.Konte 2011-ci ildən ötən mövsümə kimi "Yuventus"da A.Pirlonun məşqçisi olub.

Xəbər 808 dəfə oxundu.