Binəqədidə rayon birinciliyi keçirilib
“Bakı-2015” İlk Avropa Oyunlarına hazırlıq məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən start verilmiş “Təmiz Binəqədi” layihəsi çərçivəsində rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə avqustun 14-də 9-cu mikrorayon Adil Məmmədov 119 ünvanında yerləşən mədəniyyət və istirahət parkında rayonun ahıl və müharibə veteranları arasında “Nərd”, “Şahmat”, “Dama” üzrə rayon birinciliyi keçirilib.

Yekun nəticələrə görə “Nərd” üzrə Məmməd Tanrıverdiyev birinci yerə, Xəyyam Kərimov ikinciyə, Əzim Quliyev üçüncüyə; “Şahmat” üzrə Raqib Rəsulov birinciyə, Fərəc Qasımov ikinciyə, Cəmşid Ələsgərov üçüncüyə; “Dama” üzrə Ənvər Ağamalıyev birinci, Sovet Osmanov ikinciyə, Cabbar Bayramov üçüncüyə layiq görülüblər.

Sonda qaliblər diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 877 dəfə oxundu.