Dünya oyunlarından 4 medal
Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində paralimpiyaçıların dünya oyunlarına yekun vurulub. Yarışda Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika üzrə (amputant idmançılar arasında) milli komandası 8 nəfərlik heyətlə iştirak edib.
Mübarizənin ilk günlərində idmançılarımız 4 medal qazanmışdılar. Ötən həftə keçirlmiş yarışlarda təmsilçilərimiz daha 4 medal əldə ediblər. Əvvəlcə Vüqar Adışirinov üç təkanla tullanma növündə 13 metr nəticə göstərərək, gümüş medal qazanıb.
Yarışın son günü növbəti 3 medal gəlib. Samir Nəbiyev diskatmada 42,66 metr nəticə ilə qızıl medal qazanıb. Öncədən diskatmada gümüş medalı olan Oloxan Musayev ona 3 il öncə paralimpiya çempionluğu gətirmiş ağırlıqatma növündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni yarışda Mehman Ramazanzadə 10,6 metr nəticə ilə bürünc mükafatçı olub.
Bütövlükdə dünya oyunlarında atletlərimiz 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar.

Xəbər 1159 dəfə oxundu.