Peter Çex "Çelsi"dən ayrılmaq istəyir
"Çelsi" klubunun qapıçısı Peter Çex komandadan ayrıla bilər.

Çexiyalı qolkiperin artıq London klubunda oynamaq istəmədiyi bildirilir.

Tibo Kurtuanın gəlişindən sonra ehtiyatda qalacağı gözlənilən Çex əsas heyətdə yer alacağı komandaya transfer olmaq istəyir. 32 yaşlı qapıçı ilə Fransanın PSJ klubu yaxından maraqlanır.

Qeyd edək ki, 2004-cü ildən "Çelsi"nin şərəfini qoruyan Çex 326 rəsmi oyunda meydana çıxıb.

Xəbər 988 dəfə oxundu.