"Çelsi"də istedadımı layiqincə dəyərləndirmədilər"
PSJ klubunun müdafiəçisi David Luiz iddialı açıqlamaları ilə diqqət çəkib.

TMW-ə danışan braziliyalı futbolçu sabiq komandası "Çelsi"də ona lazımi qiymətin verilməməsindən gileylənib:

"Çelsi"də istedadımı layiqincə dəyərləndirmədilər. Ancaq PSJ-də Çempionlar Liqasını qazanmaq şansım daha çoxdur. Paris təmsilçisi mənim üçün böyük məbləğ xərcləyib. Deməli, mənə güvənirlər".

Xəbər 763 dəfə oxundu.