Arda Turan superkubok matçında oynamayacaq
"Atletiko"nun futbolçusu Arda Turan İspaniya superkubokunda "Real"la matçlarda iştirak etməyəcək.

Ötən gün keçirilən məşqdə zədələnin türk yarımmüdafiəçi "Real"la oyun üçün heyətdə yer almayıb.

Qeyd edək ki, İspaniya Superkubokunda "Atletiko" və "Real" komandaları arasında ilk görüş avqustun 19-u keçiriləcək. Cavab qarşılaşması isə avqustun 22-i oynanılacaq.

Xəbər 954 dəfə oxundu.