Hazardın "Google"dən ilginc istəyi
Belçika millisinin futbolçusu Eden Hazard "Google" axtarış sistemindən ilginc istəyi ilə diqqət çəkib.

O, "Google" rəhbərliyinə müraciət edərək DÇ-2014-də Argentinaya qarşı oynadığı matç barədə bütün xəbərlərin axtarış sistemindən silinməsinin mümkün olub-olmadığını soruşub.

E.Hazard sözügedən qarşılaşmada pis çıxış etdiyi üçün Argentina ilə oyun haqda yazılan bütün rəy, məqalə və xəbərlərin silinməsini istəyib.

"Google"nin oyunçunun bu istəyinə hansı cavab verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Belçika millisi DÇ-2014-ün 1/4 finalında Argentinaya 0:1 hesabı ilə uduzub.

Xəbər 796 dəfə oxundu.