1 saylı nümayəndəliyin təsnifat yarışları - sərbəst güləş
AGF-nin 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən klublarda məşğul olan sərbəst və yunan-Roma güləşi üzrə 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında təsnifat yarışları start götürüb.

Yarışın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, 1 saylı nümayəndəliyin tərkibində fəaliyyət göstərən klublarda çalışan məşqçilərin işini qiymətləndirmək və ehtiyat qüvvələri aşkarlamaq və perspektivli güləşçiləri aşkarlamaq məqsədi daşıyır.

Tofiq Bəhramov adına Respublika Stadionunun güləş zalında keçirilən yarışda, ilk gün sərbəst güləş üzrə 100 pəhləvan mübarizə aparıb. Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.


Xəbər 930 dəfə oxundu.