Qvardiola: "Zamana ehtiyacımız var"
"Matçın ilk 15 dəqiqəsində yaxşı oynadıq, ancaq sonra oyuna nəzarəti itirdik. İkinci hissədə isə daha çox müdafiə olunduq".

Bu sözləri "Bavariya"nın baş məşqçisi Pep Qvardiola Almaniya Superkubokunda "Borussiya"ya (Dortmund) 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Hələlik yeni mövsümə tam hazır olmadıqlarını vurğulayan təcrübəli mütəxəssis bildirib ki, zamana ehtiyacları var: "Daha çox məşq etməliyik".

Xəbər 838 dəfə oxundu.