Azərbaycan çempionatı başlayır

16-18 dekabrda “ABU-Arena” idman kompleksində taekvondo üzrə növbəti Azərbaycan çempionatı keçiriləcək. İdman.com az saytı xəbər verir ki, yarışın birinci günündə böyüklər, növbəti günlərdə isə gənc taekvondoçular mübarizə aparacaqlar. Ölkə çempionatında paytaxt da daxil olmaqla, respublikanın bütün regionlarından idmançılar təmsil olunacaq. Nəticələr elektron gödəkçələr vasitəsilə təyin ediləcək. İlk üç yeri tutan taekvondoçular ATF tərəfindən müvafiq diplom, medal və mükafatlarla təltif ediləcək. Qeyd edək ki, idmançılar bütün çəki dərəcələrində qüvvələrini sınayacaq.

Xəbər 1050 dəfə oxundu.