TOP-16-nın qalibləri məlum oldu

Azərbaycan Dövlət Tibb Universitetinin idman kompleksində stolüstü tennis üzrə yeniyetmə oğlan və qızlar arasında TOP-16 turniri keçirilib. Oğlanlar arasında yarışın qalibi adına Bakı Tennis Məktəbinin idmançısı Sənan Əliyev layiq görülüb. Həmin məktəbin tennisçisi Nurlan Həsənov ikinci, Sumqayıt “Təhsil” RİM-in təmsilçisi Xəyal Həşimli üçüncü yerin sahibi olublar. Qızların turnirində Sumqayıt tennisçisi Məryəm İmanova birinci, Suğra Talıbova ikinci və Səbinə Batmanova üçüncü yeri tutublar.

Xəbər 1228 dəfə oxundu.