Rodriqes: "Ronaldo ilə birgə oynamaq böyük zövqdür"
"Real" (Madrid) klubunun futbolçusu Xames Rodriqes komanda yoldaşı Kriştiano Ronaldo haqda xoş sözlər deyib.

İspaniya mətbuatına danışan kolumbiyalı futbolçu Ronaldo ilə birgə oynamağın böyük zövq olduğunu bildirib:

"Ronaldo kimi ulduz futbolçu ilə birgə oynamaq böyük zövqdür. Onunla uzun müddət birgə oynamağı arzulayıram. İnanıram ki, Ronaldo vuracağı qollarla komandaya böyük uğurlar qazandıracaq".

Xəbər 845 dəfə oxundu.