Kloze: "Qomez dünya çempionu ola bilərdi"
Almaniya millisinin heyətində dünya çempionu olan Miroslav Kloze yığmadakı sabiq komanda yoldaşı Mario Qomez haqda danışıb.

"Latsio"nun futbolçusu "Football İtalia"ya açıqlamasında Qomezin yenidən Almaniya millisinə qayıdacağına inandığını bildirib:

"Əminəm ki, Qomez yenidən Almaniya yığmasına qayıdacaq. Ötən mövsümün əvvəlində zədələnməsəydi, o da "DÇ-2014"də bizimlə çempionluq sevinci yaşayacaqdı. Bununla belə, onun qarşıdakı mundiallarda çempion olmaq şansı var".

Qeyd edək ki, zədə səbəbindən əvvəlki formasından xeyli uzaq düşən Qomez Braziliyada keçirilən dünya çempionatına aparılmamışdı.

Xəbər 821 dəfə oxundu.