Ançelotti: "Üstün tərəf biz idik"
"Bu oyuna hazırlaşmaq üçün çox vaxtımız olmadı, amma futbolçularım yaxşı oyun nümayiş etdirdi. Qarşılaşma ərzində üstün tərəf biz idik. Əks hücumlarda da yaxşı təsir bağışladıq".

Bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti UEFA superkubokunda "Sevilya"ya qalib gəldikləri matçdan sonra deyib.

İtaliyalı mütəxəssis komandasının uğurlu seriyanı davam etdirməyə çalışacağını bildirib: "Möhtəşəm heyətimiz var. Güclü oyunçularla çalışdığım üçün şanslıyam. Bütün turnirlərdə birincilik uğrunda mübarizə apara biləcək gücdəyik".

Xəbər 898 dəfə oxundu.