Özil "Real"ı təbrik etdi
"Arsenal"ın futbolçusu Məsut Özil sabiq klubu Madrid "Real"ını UEFA superkubokunun qalibi olması münasibətilə təbrik edib.

Bu barədə o, "Tvitter" hesabından yazıb:

"Real"ı layiqli qələbəsi münasibəti ilə təbrik edirəm".

Xatırladaq ki, "Real" "Sevilya"ya 2:0 hesabı ilə qalib gələrək kubokun sahibi olub.

Xəbər 1113 dəfə oxundu.