Ronaldo: "Bundan artığını istəyə bilməzdim"
"Real" (Madrid) klubunun hücumçusu UEFA superkubokunda qalib gəldikləri "Sevilya" ilə oyun haqda danışıb.

Portuqaliyalı futbolçu bu kuboku qazanmağa layiq olduqlarını bildirib:

"Bu oyun mənim üçün xüsusi önəm daşıyırdı. Çünki bu, qazandığım ilk superkubok oldu. Gözəl futbol oynadıq və iki qol vurdum. Superkuboku qazanmağa layiq idik. Bundan artığını istəyə bilməzdim. Yeni mövsümə əla başlanğıc oldu".

Qeyd edək ki, dünən "Sevilya"nı 2:0 hesabı ilə məğlub edən "Real" superkuboka sahib çıxıb.

Xəbər 798 dəfə oxundu.