"Arsenal" Vermalenə əvəzləyici tapdı
"Arsenal" klubu "Barselona"ya transfer olunan futbolçusu Tomas Vermalenə əvəzləyici tapıb.

London təmsilçisi "Borussiya" (Dortmund) klubunun müdafiəçisi Mats Hummelsi heyətinə qatmaq niyyətindədir.

Təcrübəli futbolçu ilə "Mançester Yunayted" klubu da yaxından maraqlanırdı. Lakin Dortmund təmsilçisinin ingilis klubundan 25 milyon futn-sterlinqdən çox məbləğ tələb etməsi səbəbindən bu transfer baş tutmayıb. "Arsenal"ın almaniyalı futbolçunun transferi üçün daha yüksək təklif edəcəyi gözlənilir.

Qeyd edək ki, Hummels 2009-cu ildə "Bavariya"dan "Borussiya"ya transfer olunub.

Xəbər 767 dəfə oxundu.