"Barselona"dan transfer açıqlaması | |
"Barselona" bu yay daha bir transfer edə bilər. Kataloniya təmsilçisi "Fiorentina"nın oyunçusu Xuan Kuadrado ilə maraqlanır. Bu iddialara cavab verən "Barsa"nın idman direktoru Andoni Zubizaretta deyib ki, oyunçunu komandaya cəlb etmələri mümkündür: "Hazırkı heyət bizi qane edir. Ancaq lazım olsa, yeni futbolçular transfer edəcəyik. Hər an hər şey ola bilər". Klub rəsmisi eyni zamanda Daniel Alveşin də komandadakı gələcək karyerasına aydınlıq gətirib: "Alveş üçün hər hansı bir təklif almadıq. Braziliyalı futbolçu komandanın heyətində yer alır və məşqlərdə özünü yaxşı tərəfdən göstərir". |
|
Xəbər 968 dəfə oxundu. |
|
|