Boksçularımız Ukraynada 6 medala sahib oldular

Ukraynanın Aryomovsk şəhərində yeniyetmələr arasında boks üzrə “Dost ölkələrin kuboku” yarışına yekun vurulub. Turnirə milli komandanın məşqçisi Təvəkkül Məmmədovun rəhbərliyi altında yollanmış yığmamız 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.

Boksçularımızdan Araz Gülməmmədov (50 kq) və Məsud Yusifzadə (52 kq) bütün görüşlərdə qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnir Şəfizadə (48 kq) və Nurlan Nağıyev (57 kq) yalnız finalda uduzaraq, 2-ci yerə layiq görülüblər. Şamil İbrahimov (54 kq) və Rövşən Musayev (63 kq) 3-cü yerlə kifayətləniblər. Qeyd edək ki, yarışda Anar Nağdıyev ölkəmizi hakim kimi təmsil edib.

Xəbər 1260 dəfə oxundu.