Almaniyada ilin ən yaxşıları müəyyənləşdi
Almaniyada ilin ən yaxşıları müəyyənləşib.

Kicker" dərgisinin jurnalistlər arasında apardığı sorğuya əsasən "Bavariya"nın və Almaniya millisinin qapıçısı Manuel Noyer ilin ən yaxşısı seçilib.

Marko Roys ikinci, Tomes Müller isə üçüncü olub.

Almaniyanın ən yaxşı baş məşqçisi adına isə ölkənin milli komandasının çalışdırıcısı Yoahim Löv layiq görülüb.

Xəbər 899 dəfə oxundu.