Raqnetta Qurbanzadə bürünc medal qazandı
Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir. İdman.com.az saytı xəbər verir ki, çempionatın üçüncü günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 3 çəki dərəcəsində təmsil olunub. Gənc qızlarımız 1 bürünc medal qazanıb.

67 kq çəkidə mübarizə aparan Raqnetta Qurbanzadə ilk görüşdə Yaponiya təmsilçisi ilə qarşılaşıb. Görüş güləşçimiz üçün uğurlu olmasa da, rəqibin finala çıxması ilə Raqnetta təsəlliverici görüşlərə qatılmaq şansı əldə edib. Bolqarıstan güləşçisi ilə qarşılaşan təmsilçimiz görüşdə qələbə qazanıb və bürünc medal uğrunda güləşmək hüququ qazanıb. Həlledici görüşdə rəqib İsveç idmançısı üzərində qələbə güləşçimizə bürünc medal qazandırıb.

44 kq
1/8 final - Türkan Nəsirova - Cedeno Jahaira (ECU) 6:9

51 kq
1/16 final - Almaz İsmayılova - Simona Pricob (ROU) 4:2
1/8 final - Lulia Leorda (MDA) - Almaz İsmayılova 6:1

67 kq
1/8 final - Raqnetta Qurbanzadə - Masako Furuiçi (JPN) 0:5
Təsəlliverici görüş - Raqnetta Qurbanzadə - Soia Georgiyeva (BUL) 4:3
Bürünc medal görüşü - Raqnetta Qurbanzadə - Moa Nigren (SWE) 8:4

Xatırladaq ki, çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz ümumilikdə 5 qızıl və 1 gümüş medal qazanmaqla Azərbaycan güləş tarixində yeni səhifə yazıb. Ümumilikdə, 59 xal toplayan yığmamız komanda hesabında Dünya birincisi olub.

Xəbər 1000 dəfə oxundu.