Venger: "Xedira ilə maraqlanmırıq"
"Arsenal"ın baş məşqçisi Arsen Venger Sami Xedira ilə maraqlandıqları ilə bağlı yayılan iddiaları təkzib edib.


O, almaniyalı oyunçunun adının transfer siyahılarında olmadığını deyib: "Xedira ilə maraqlanmırıq. Komandada onun kimi futbolçular var".

Qeyd edək ki, "Arsenal"ın Xediranı heyətinə cəlb etmək istədiyi, ancaq təzminat məsələsində "Real"la razılığa gələ bilmədiyi iddia edilirdi.

Xəbər 966 dəfə oxundu.