PSJ David Luisi ictimaiyyətə təqdim etdi
PSJ 40 milyon avroya "Çelsi"dən heyətinə cəlb etdiyi David Luisi ictimaiyyətə təqdim edib.

Yeni klubunda 32 nömrəli forma geyəcək braziliyalı oyunçu çox həyəcanlandığını deyib:

"Özümü ilk dəfə futbol oynayan uşaq kimi hiss edirəm. Tez bir zamanda meydana çıxıb komanda yoldaşlarımla uğur qazanmaq istəyirəm".

Qeyd edək ki, D.Luis Paris təmsilçisi ilə beş illik müqavilə imzalayıb.

Xəbər 895 dəfə oxundu.