Maradona Argentina millisini çalışdırmaq istəyir
Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona Argentina millisini çalışdırmaq istəyir.

O deyib ki, uzun illər futbolçu olaraq şərəfini qoruduğu Argentina millisində işləməyə layiqdir:

"Hazırda komandanın baş məşqçisi yoxdur. Argentina üçün uzun illər oynamışam. Əgər Braziliya Dunqanı məşqçi vəzifəsinə gətirirsə, niyə Argentina da məni geri istəməsin? Yenidən Argentina millisində işləmək üçün kimsənin önündə diz çökməyəcəm".

Qeyd edək ki, Maradona 2008-2010-cu illərdə Argentina millisində baş məşqçilik edib.

Xəbər 834 dəfə oxundu.