Simeone: "Yeni mövsümdə də çempionluğa oynayacağıq"
"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone yeni mövsüm öncəsi iddialı açıqlamaları ilə diqqət çəkib.

Argentinalı mütəxəssis yeni mövsümdə də hər üç cəbhədə çempionluğa oynayacaqlarını bildirib:

"Başdan ayağa yeni mövsümə ciddi hazırlaşırıq. Yeni futbolçular yavaş-yavaş komandaya uyğunlaşırlar. "Atletiko" üç il öncəki infrastruktura malikdir. Məhz bu inrfastruktur sayəsində ötən mövsüm böyük uğur qazandıq. Yeni mövsümdə də çempionluğa oynayacağıq".

Qeyd edək ki, ötən mövsüm Çempionlar Liqasının finalında əzəli rəqibi "Real" (Madrid) klubuna uduzan "Atletiko" La Liqada çempion olmağı bacarmışdı.

Xəbər 818 dəfə oxundu.