GDÇ-2014: gənc qızların mübarizəsi başlayır / YENİLƏNİR
Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.

Çempionatın üçüncü günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 3 çəki dərəcəsində təmsil olunacaq.

44 kq
1/8 final - Türkan Nəsirova - Cedeno Jahaira (ECU) 6:9

51 kq
1/16 final - Almaz İsmayılova - Simona Pricob (ROU) 4:2
1/8 final - Lulia Leorda (MDA) - Almaz İsmayılova 6:1

67 kq
1/8 final - Raqnetta Qurbanzadə - Masako Furuiçi (JPN)

Xatırladaq ki, çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz ümumilikdə 5 qızıl və 1 gümüş medal qazanmaqla Azərbaycan güləş tarixində yeni səhifə yazıb. Ümumilikdə, 59 xal toplayan yığmamız komanda hesabında Dünya birincisi olub.

Xəbər 966 dəfə oxundu.