Karateçilərinin Fransa uğuru

Fransanın Arles şəhərində karatenin WKF versiyası üzrə bu ölkənin Açıq çempionatı keçirilib. Azərbaycan komandasının da iştirak etdiyi turnir təmsilçilərimiz üçün uğurla başa çatıb. Fəxri kürsünün ən yüksək pilləsinə Fəyyaz İldırımzadə (+76 kq) və Fərid Əliyev (70 kq) qalxıblar. Hər iki təmsilçimiz 16-17 yaş kateqoriyasında mübarizə aparıb.
Gümüş mükafatlarla Vətənə 14-15 yaş kateqoriyasında döyüşən Şamil Quliyev (68 kq) və Hüseyn Əliyev (52 kq) dönüblər. Azərbaycan karateçilərindən Tural Mikayılov (55 kq) 16-17 yaşlı idmançılar arasında, Cavid Geniyev (52 kq) və Sərxan Quluzadə (+70 kq) 14-15 yaşlı döyüşçülər arasında bürünc medallara sahib olublar.

Xəbər 1470 dəfə oxundu.