"Mançester Siti"dən Kompaniyə yeni müqavilə
"Mançester Siti" klubu müdafiəçisi Vinsent Kompaniyə yeni müqavilə təklif edib.

"Şəhərlilər" belçikalı futbolçu ilə 6 illik müqavilə imzalamaq niyyətindədir.

28 yaşlı futbolçunun qarşıdakı 6 ildə qazancı da bəlli olub. Kompani "Mançester Siti"də çıxış edəcəyi növbəti 6 ildə 65 milyon funt-sterlinq qazanacaq.

Qeyd edək ki, Kompani 2008-ci ildən "Mançester Siti"nin şərəfini qoruyur.

Xəbər 841 dəfə oxundu.