Adi Hütter: "Qarabağ"a fürsət vermədik"
“Zalsburq” klubunun baş məşqçisi Adi Hütter Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” üzərində 2:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında oyun haqda fikirlərini bildirib.

Avstriyalı mütəxəssis ilk oyunla müqayisədə daha rahat oynadıqlarını və asan qələbə qazandıqlarını deyib:

“İlk növbədə bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Birinci hissədə daha çox qol vurmalı idik. Hesab 3:0 da ola bilərdi. Hinteregger çox vacib məqamda qol vurdu. İlk oyunda da qalib gələ bilərdik. Sadəcə uzun yol bizi yormuşdu. Burda isə bizə oynamaq daha rahat oldu. Gördüyünüz kimi rəqibə bir fürsət belə vermədik. Reynaldonun yerinə Nadirovun oynayacağını düşünürdük. “Qarabağ” çox ciddi rəqibdir. Oyunumuz göstərdi ki, cavab matçına yaxşı hazırlaşmışıq.

Hütter “sizə “Qarabağ”ın necə oynayacağı ilə bağlı əlavə informasiya verilibmi” sualını belə cavablandırıb: “Yox, belə bir şey olmayıb. Biz “Qarabağ”ın oyununu 30 min azarkeşləri önündə gördük. Şadam ki, bizim azarkeşlər də bizi yaxşı dəstəklədi. İlk görüşdən sonra da demişdim ki, “Qarabağ” Avstriya liqasında oynasaydı, yaxşı yerlərdə olardı”.

Xəbər 748 dəfə oxundu.