Komandamız birinci oldu

Azərbaycan boksunun banisi hesab olunan Abbas Ağalarovyn xatirəsinə həsr olunmuş gənclər arasında boks turnirinə yekun vurulub. Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışda millimiz 3 qızıl, 3 gümüş və 5 bürünc medala sahib olaraq, ümumkomanda hesabında birinci yeri tutub. Ukrayna yığması ikinci, Rusiya isə üçüncü nəticə göstərib. 52 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədov finalda Rusiya nümayəndəsi Bəxtovar Nəzirovu 19:16 hesabı ilə məğlub edərək, 1-ci yerə layiq görülüb. Gənclər arasında Avropa çempionu Pərviz Bağırov da (64 kq) həlledici görüşdə Rusiya boksçusu üzərində qələbə qazanıb. Həmyerlimiz Sergey Soblinskiyi 21:13 hesabı ilə üstələyib. Gənclərdən ibarət milli komandamızın daha bir üzvü – Hacıbaba Hacıbabayev də Ağalarovun xatirəsinə həsr olunmuş turniri 1-ci sırada tamamlayıb. O, finalda qazaxıstanlı Alişer Amanı 19:12 hesabı ilə məğlub edib. Turnirin ən yaxşı boksçusu üçün ayrılmış xüsusi mükafat Pərviz Bağırova təqdim olunub.
Filal görüşlərinin nəticələri
49 kq: Oljas Kalaubek (Qazaxıstan) - İqor Sopinski (Ukrayna) - 12:12 (qələbə Ukrayna boksçusuna verilib)
52 kq: Tural Əhmədov (Azərbaycan) - Bəxtovar Nəzirov (Rusiya) - 19:16
56 kq: Ajay Kumar (Hindistan) - Nəsrəddin Məmmədov (Azərbaycan) - 14:13
60 kq: Elnur Abduraimov (Özbəkistan) - Aliyer Norayev (Özbəkistan) - 6:17
64 kq: Pərviz Bağırov (Azərbaycan) - Sergey Soblinskiy (Rusiya) - 21:13
69 kq: Saqi Salehli (Azərbaycan) - İqor Xaritonov (Rusiya) - 6:14
75 kq: Leonid Sinani (Ukaryna) - Tursinbay Kulaxmetov (Qazaxıstan) - 7:12
81 kq: Dilmurad Satibaldiyev (Ukrayna) - İdris Şaxmanov (Rusiya) - 8:11
91 kq: Alişer Aman (Qazaxıstan) - Hacıbaba Hacıbabayev (Azərbaycan) - 12:19
91+kq: Sadiq Səmədov (Azərbaycan) – Boqdan Blajko (Ukrayna) - Səmədov döyüşə çıxmayıb.

Xəbər 1250 dəfə oxundu.