"Qarabağ"ın oyunu canlı yayımlanacaqmı?
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün keçiriləcək "Zalsburq" - "Qarabağ" matçı "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlana bilər.

Məsələ hələlik dəqiqləşməsə də, hazırda bununla bağlı "Qarabağ" klubu ilə dövlət telekanalı arasında danışıqlar gedir.

Məsələ həllini taparsa, bu barədə saytımızda məlumat veriləcək.

Qeyd edək ki, bu gün "Red Bull Arena"da keçiriləcək "Zalsburq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Xəbər 1003 dəfə oxundu.