Yığmamız Avstriya klubuna qalib gəldi
Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Rapid" (Vyana) klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qələbə qazanıb.

Millimizin heyətində qolu Mirkamil Həşimli vurub.

Xatırladaq ki, toplanış çərçivəsində ilk yoldaşlıq oyununu xorvatiyalı həmyaşıdları ilə keçirən futbolçularımız 1:0 hesabı ilə qələbə qazanmışdı.

Xəbər 872 dəfə oxundu.