Qvardiola: "Almaniya futbolunu dəyişdirməyə gəlmədim"
"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola komandasının oyun üslubunu "Barselona"ya bənzətməsi ilə bağlı iddialara cavab verib.

İddiaları təkzib edən ispaniyalı mütəxəssis Münhenə Almaniya futbolunu dəyişdirməyə gəlmədiyini bildirib:

"Futbolçularımla ayaqlaşmağa çalışıram. Hər zaman düşündüyümüzü meydançada tətbiq edə bilmərik. Burada taktikadan öncə futbolçuların oyun üslubları daha önəmlidir. Öncə futbolçuların bacarıqlarını və mentalitetlərini analiz etməliyik. Münhenə Almaniya futbolunu dəyişdirməyə gəlmədim. Komandamın oyun üslubunu da "Barselona"ya bənzətmirəm. Sadəcə adaptasiya çətinliyimiz var".

Xəbər 787 dəfə oxundu.