Azərbaycan - Özbəkistan matçının hakimləri müəyyənləşdi
Avqustun 20-də keçiriləcək Azərbaycan - Özbəkistan yoldaşlıq oyununun baş hakimi gürcüstanlı FİFA referisi George Vadaçkoria olacaq.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, G.Vadaçkoriaya ona Levan Varamişvili və Levan Todria kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Özbəkistan oyunu saat 21:00-da başlayacaq.

Xəbər 809 dəfə oxundu.