Qadın həndbolçularımız oynamadan sevindilər

Arazın o tayında legioner həyatı yaşayan qadın həndbolçularımız Səbinə Babayeva, Sultanə Tağıyeva və Valentina Kulikovanın çıxış etdiyi «Samenalhojaj» klubu ölkə Superliqasında qələbələrini sıralamaqdadır. idman.com.az saytı xəbər verir ki, 5-ci turda Səbzivar şəhərinin təmsilçisi «Naft»ı qəbul etməli idi. Amma Şiraz klubu matça gəlmədiyi üçün, həmyerlilərimiz oynamadan qalib elan ediliblər; rəqib 0:10 hesablı texniki məğlubiyyət alıb. Bu barədə məlumatı əməkdaşımıza milli komandanın üzvü Səbinə Babayeva verib. Onun sözünə görə, «Samenalhojaj» bu matça qədər «Kerman Zeytun» və «Qoçsoran» komandalarına, müvafiq olaraq, 22:21 və 35:24 hesabı ilə qalib gəliblər: «Hər 2 qarşılaşmada oyunu çiynimizdə daşıdıq. Xeyli qol vurduq. İndi ölkə çempionatında liderik».

KAMRAN

Xəbər 1404 dəfə oxundu.