"Trabzonspor"dan növbəti transfer
"Trabzonspor" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Trabzon təmsilçisi ötən mövsüm "Milan"da oynayan 27 yaşlı müdafiəçi Kevin Konstanı transfer edib. Bu transfer üçün "Trabzonspor" Milan"a 2 milyon 500 min avro ödəyəcək.

Qeyd edək ki, M.Konstan ötən mövsüm "Milan"la A seriyasında 20 matçda oynayıb.

Xəbər 800 dəfə oxundu.