Yeniyetmə sərbəst güləşçilər Olimpiadaya hazırlığı davam etdirir
Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komanda Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirir.

25-27 avqust 2014-cü il tarixdə Çin Xalq Respublikasının Nanjinq şəhərində keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlaşan sərbəst güləşçilərimiz son təlim-məşq toplanışına başlayıb. Avqustun 11-dəl davam edəcək TMT-da böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında 6 güləşçi iştirak edir.

Məlumat üçün bildirək ki, yeniyetmələrin Olimpiya Oyunlarında sərbəst güləşi yarışlarında ölkəmizi Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq) təmsil edəcək.

Xatırladaq ki, yeniyetmə yunan-Roma güləşçilərimiz Olimpiya Oyunlarına Xaşmaz Olimpiya İdman Kompleksində hazırlaşır və yarışlarda ölkəmizi Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) təmsil edəcək.

Xəbər 901 dəfə oxundu.