"Atletiko"nun futbolçusu "Liverpul"da
"Liverpul" yeni mövsüm üçün transferlər etməyə davam edir.

"Atletiko"nun 20 yaşlı müdafiəçisi Xavyer Mankilyo 2014/2015 və 2015/2016 mövsümlərində İngiltərə təmsilçisində icarə əsasında oynayacaq. O, bu gün yeni komandası ilə məşqlərə başlayacaq.

Qeyd edək ki, X.Mankilyo ötən mövsüm Madrid klubunda 10 matçda iştirak edib.

Xəbər 905 dəfə oxundu.